00:00:00
Yazar
Admin User
09.01.2026 16:12 74 1 dəq oxuma
İqtisadiyyat

SOCAR TotalEnergies ilə Abşeron yatağının işlənməsini müzakirə edib

SOCAR TotalEnergies ilə Abşeron yatağının işlənməsini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "TotalEnergies" şirkəti arasında "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib.


Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, bu, əlbəttə ki, belə bir qaz yatağı varsa, onun gəlirliyinə bağlıdır:

 

"Əgər onun gəlirliyi yaxşı olarsa və layihə də səmərəli şəkildə həyata keçirilərsə, ciddi, həmişə olan böyük təhlükələr burada baş verməzsə, onda o, ölkə iqtisadiyyatına uzunmüddətli perspektivdə yaxşı təsir edər. Qısa müddətli perspektivdə də belədir ki, hal-hazırda elə müəyyən investisiyalar qoyulacaq da bu layihəyə. Və ona görə o, ölkənin ümumi ixrac balansına bu dediyimiz şərtlər daxilində təsir edə bilər. Yalnız o halda ki, bu həmin şərtlər daxilindədirsə, uzunmüddətli perspektivdə dövlət büdcəsinə, ümumi ixrac balansına müsbət təsir edər. Və o baxımdan hələ ki, Azərbaycanın öz daxili tələbatını həyata keçirə bilir, o baxımdan onun faydası yoxdur. Yalnız, Azərbaycan ixracatçıdır və əlavə qaz və qaz kondensat istehsalı da ixrac potensialına onu qarşılamaq üçün imkan verəcəkdir".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər