00:00:00
Yazar
Nigar Həsənzadə
19.02.2026 20:57 11 2 dəq oxuma
İqtisadiyyat Özəl

SOCAR və Baker Hughes neft-qaz quyularının rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirir

SOCAR və Baker Hughes neft-qaz quyularının rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirir

SOCAR ilə Baker Hughes arasında enerji sektorunda əməkdaşlığın inkişafı istiqamətində görüş keçirilib. SOCAR prezidenti Rövşən Nəcəf şirkətin vitse-prezidenti Amerino Gatti ilə bir araya gəlib. Görüş zamanı tərəflər 2024-cü ildə imzalanan əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilən birgə layihələri geniş şəkildə nəzərdən keçirib, əməkdaşlığın mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini müzakirə edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Vüqar bayramov bildirib ki, rəqəmsallaşma enerji sektorunda hasilatın artırılması baxımından vacibdir:

 

Xüsusilə nəzərə alsaq ki, rəqəmsallaşma daha dərin yataqlardan neft və qaz hasilatına imkan yaradır. Bu, bir tərəfdən xərclərin optimallaşdırılmasına, digər tərəfdən isə dərin qatlarda olan ənənəvi enerji məhsullarının hasilatını reallaşdırmağa kömək edir. Baxılan saziş təbii ki, vacib sazişdir. Xüsusilə nəzərə alsaq ki, Cənab Prezident tərəfindən rəqəmsallaşma və süni intellektdən istifadənin genişləndirilməsi əsas prioritetlərdən biri olaraq müəyyənləşdirilib. Cənab Prezidentlə Amerikanın vitse-prezidenti arasında bağlanmış strateji tərəfdaşlıq xartiyasında da rəqəmsallaşma sahəsində əməkdaşlığın gücləndirilməsi əsas istiqamətlərdən biridir. Gözlənilir ki, Cənab Prezidentin Amerika şirkətləri və bütövlükdə aparıcı şirkətlərlə görüşlərində də bu məsələlər müzakirə mövzusu olan məsələlərdəndir. Ona görə də, ölkə rəhbəri tərəfindən rəqəmsallaşmaya xüsusi diqqət var. Enerji sektorunda rəqəmsallaşmanın tətbiq olunması da nəticə etibarilə hasilatın artırılmasına və eyni zamanda xərclərin optimallaşdırılmasına imkan yaradacaq. Bu kontekstdə bu, vacib anlaşmadır və birmənalı şəkildə neft sektoru üçün yeni səhifənin açılması anlamına gəlir”.

 

 

Aydan Əsgərxanlı

#əməkdaşlığı #genişləndirir #baker #neft-qaz #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər