00:00:00
Yazar
Admin User
09.02.2026 19:00 63 2 dəq oxuma
İqtisadiyyat

SOCAR və GL Group 5 yataq üzrə investisiya imkanlarını müzakirə edib

SOCAR və GL Group 5 yataq üzrə investisiya imkanlarını müzakirə edib

SOCAR və “GL Group” bu il üçün “Kürsəngi”, “Qarabağlar”, “Buzovna-Maştağa”, “Qala” və “Zirə” neft-qaz yataqları üzrə investisiya və əməliyyat planlarını müzakirə edib. Görüşdə 2025-ci ilin nəticələri və 2026-cı il üçün iş proqramı nəzərdən keçirilib. Tərəflər əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

Mövzu ilə bağlı iqtisadçı Zəfər Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, GL Group Azərbaycanda ilk özəl enerji şirkətləri qrupudur:

 

 “GL Group hazırda "Kürsəngi" və "Qarabağlar" yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatı ilə məşğul olur. Hər iki yataqdan sənaye istismarı 1962-ci ildən başlanılıb. GL Group daxil olan "Gl İnternational" şirkəti Risk Xidmət Sazişi əsasında, Abşeron ərazisində yerləşən "Buzovna-Maştağa", "Qala" və "Zirə" quru yataqlarının daxil olduğu blokun bərpası və işlənməsini həyata keçirir. "Qala" yatağı sənaye istismarına 1932-ci ildən, "Buzovna-Maştağa" yatağı sənaye işlənilməsinə 1941-ci ildən, "Zirə" yatağının sənaye əhəmiyyətli işlənilməsinə 1952-ci ildən başlanılıb”.

 

Ekspertin sözlərinə görə, şirkət əməkdaşları Azərbaycan, İraq, Böyük Britaniya, Misir, Ukrayna və Əfqanıstan neft-qaz yataqlarında çalışmış təcrübəli mütəxəssislərdir:

 

“GL Group şirkətinin verdiyi məlumata görə aktivlərində olan yataqların işlənilməsində müasir qazma metod və qazma texnologiyalarından istifadə edilir. Təbii ki, yataqların işlədilməsində tətbiq edilən qazma metodları ekoloji tarazılığın qorunub saxlanılmasını təmin edir. Yataqların işlədilməsinə qoyulan investisiyalar hasilat artımına nail olmaq və yataqların işlənmə müddətini artırmaqdan ibarətdir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər