00:00:00
Yazar
Admin User
08.01.2026 17:28 89 1 dəq oxuma
İqtisadiyyat

SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib

SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib

SOCAR və Fransanın “TotalEnergies” şirkəti “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi ilə bağlı görülən işləri müzakirə edib. Görüş SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə “TotalEnergies”in baş vitse-prezidenti Martina Oppizi arasında baş tutub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında enerji eksperti Zəfər Vəliyev bildirib ki, dünyada böyük geosiyasi tranfomasiyalar fonunda Azərbaycan qazının Gürcüstan, Türkiyə və Avropa istühlakçılarına dayanıqlı , sabit və təhlükəsiz enerji təchizatı istiqamətində atdığı addımlar enerji təhlükəsizliyinin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir:

 

"Nəzərə almaq lazımdır ki , qlobal qaz təlabatı keçən əsrin 70-ci illərin əvvəlindən bəri dörd dəfədən çox artıb və təbii qaza olan qlobal təlabatla bağlı perspektivlər əvvəlki illərdən fərqli olaraq daha maraqlı görünür. Bu baxımdan qarşıdakı illərdə təbii qaz dünyanın müxtəlif regionlarında fərqli təlabat trayektoriyaları və fərqli rollarla üzləşəcək. Azərbaycanın qaz ixrac güclərinin konfiqurasiyası Qərb istiqamətinə yönəldiyindən, ixrac güclərimizin keçdiyi qaz bazarlarında Azərbaycan qazı inkişaf üçün yanacaq, dəyişdirici yanacaq və ehtiyat yanacaq kimi funksiyaları yerinə yetirəcək. Bu baxımdan Abşeron qaz-kondebsat yatağının tammiqyaslı işlənməsi, eləcə də Azərbaycanın aktivində olan digər qaz yataqlarından hasil ediləcək təbii qaz həcmləri qarşıdakı illərdə region ölkəkərinin və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə, sabit qaz qiymətləri ilə iqtisadiyyatların dəstəklənməsinə xidmət edəcək".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər