00:00:00
Yazar
Admin User
31.10.2025 15:51 154 1 dəq oxuma
İqtisadiyyat

Sofiyada Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Sofiyada Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

 

Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 7-ci iclasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.


Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan bir çox Avropa ölkələrinə təbii qaz ixrac edir:

 

"Azərbaycan və Bolqarıstan arasında keçiriləcək Hökumətlərarası Komissiyanın iclası haqqında məlumat var. Bildiyiniz kimi, bu cür görüşlərdə əsas müzakirə mövzuları iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlir. Ümumiyyətlə, Azərbaycanın Avropa ölkələri, o cümlədən Bolqarıstanla iqtisadi əlaqələrinin əsasını energetika sahəsində əməkdaşlıq təşkil edir. Azərbaycan bu gün bir çox Avropa ölkələrinə təbii qaz ixrac edir və Bolqarıstan da həmin ölkələrdən biridir. Energetika sahəsi ilə yanaşı, qeyri-neft və qaz sektorlarında da əməkdaşlıq imkanları mövcuddur. Bu istiqamətdə əlaqələrin genişləndirilməsi hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyır və yeni prioritet istiqamət kimi çıxış edir. Mənim fikrimcə, hökumətlərarası komissiyanın yeddinci iclasında məhz bu əməkdaşlığın genişləndirilməsi yolları və gələcək perspektivlərin müzakirə olunması vacibdir. Çünki qarşılıqlı əlaqələrin güclənməsi həm Azərbaycan, həm də Bolqarıstan iqtisadiyyatına səmərəli təsir göstərə bilər".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər