Şokoladdan hazırlanmış Kral Çarlz heykəli
Kraliça Yelizavetanın ölümündən sonra taxta çıxacaq kral Çarlzın tacqoyma mərasimi may ayında baş tutacaq.
İnformator. az xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin səbirsizliklə gözlədiyi bu möhtəşəm gün üçün kralın şokoladdan heykəli hazırlanıb.
Heykəltəraşlar və şokoladçılardan ibarət komanda İngiltərə monarxının həqiqi ölçülərini nəzərə alınaraq 23 kiloluq heykəl hazırlayıb.
Usta şokoladçı Cennifer Lindsey-Klarkın rəhbərlik etdiyi komanda heykəli yaratmaq üçün 4 həftə ərzində 130 saat çalışıb. 17 litrdən çox əridilmiş şokoladdan istifadə edilərək hazırlanan heykəldə müxtəlif marka şokoladlardan istifadə edilib.
Kral Çarlza bənzəməsi ilə təriflənən heykəl uzun saatlar sürən zəhmətin məhsuludur. Heykəli yaxından görənlər oxşarlığın inanılmaz olduğunu bildiriblər.
Nəzrin
