SOLOTÜRK sınaq uçuşu edəcək
SOLOTÜRK 30 Avqust Zəfər Bayramı qeyd etmələri çərçivəsində bu gün saat 14:00-15:00 arasında Anıtkabir və ətraf ərazilərdə kəşfiyyat uçuşu, 18:30-19:30 arasında isə sınaq uçuşu həyata keçirəcək.
Ankara Valiliyi SOLOTÜRK-ün 30 Avqust Zəfər Bayramı qeyd etmələri çərçivəsində Ankara üzərində kəşfiyyat, məşq və nümayiş uçuşları ilə bağlı açıqlama yayıb. Uçuş tarixləri və saatları vətəndaşların planlaşdırılan uçuşlarla bağlı potensial yüksək səs-küy səviyyələrindən narahat olmamaları üçün açıqlanıb.
TRT XƏBƏR
Nərgiz Əzizli
