Son dövrlər Azərbaycan çox iri həcmdə investisiya layihələri reallaşdırıb
Azərbaycan son illər iqtisadi inkişafı gücləndirmək üçün iri həcmli investisiya layihələri həyata keçirib və bu addımlar ölkənin beynəlxalq mövqeyini möhkəmləndirib.
Mövzu ilə əlaqədar olaraq iqtisadçı Asif İbrahimov "İnformator.az" a açıqlamasında bildirib ki, Azərbaycan hökuməti bu yolda böyük addımlar atır:
"Ümumiyyətlə, Azərbaycan hökumətinin çox irihəcmli investisiya layihələrinin reallaşması iqtisadi artımın təmin edilməsi, məşğulluğun təmin edilməsi, Azərbaycan hökumətinin qarşıya qoyulmuş inkişaf məqsədlərinə nail olunması istiqamətində atılan addımlardır. Xüsusilə qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən irimiqyaslı investisiya layihələri gələcəkdə Azərbaycanda bir sıra sahədə inkişafı təqdim etmək məqsədi daşıyır. Hökumətdə qəbul edilmiş inkişaf məqsədləri mövcuddur, ona nail olmaq üçün addımları həyata keçirmək zəruri idi. Bugünkü gün Azərbaycanda işğaldan azad olunmuş ərazilərimiz var idi, təqribən Azərbaycan ərazisinin 20%-ni təşkil edirdi və həmin ərazilər Azərbaycan iqtisadiyyatından kənarda qalmış, iqtisadiyyatımıza inteqrasiya olunmayan ərazilərdir. Bu məqsəd ilə bir sıra layihələrin icrası həmin ərazilərdə də həyata keçirilməli idi. İqtisadi infrastruktur ilə yanaşı sosial infrastruktur da qurulması ön plana çıxarılıb. Bu istiqamətdə Azərbaycan yetərincə müsbət addımlar atmışdır və onu da deyə bilərəm ki, son bir neçə illər ərzində Azərbaycana, xüsusilə Bakı şəhərinə ən çox xarici investisiyaların axın etdiyini müşahidə edirik. 2022 - ci ildə bu təqribən 6,7 milyard idi, 2023-cü ildə ondan daha da artıq idi. Bu Rusiya-Ukrayna arasında olan müharibənin fonunda da öz əksini tapmışdır. Bununla bağlı Azərbaycan hökuməti addımlar atır. Gələcəkdə Azərbaycan beynəlxalq reytinqlərdə öz nüfuzunun yaxşılaşdırılması istiqamətində ciddi addımlar atırdı. Azərbaycanda həyata keçirilən islahatların nəticələrini görürük, yeni investisiya imkanlarına açıq olduğunu bilirik".

Arzu Poladova
