Sosial eksperiment nəticəsində iştirakçıya mənəvi zərər dəydikdə, o, kompensasiya tələb edə bilər?
Bir çox sosial eksperimentlər keçirilir. Bu zaman insanların davranışlarını müşahidə etmiş oluruq. Lakin bəzi iştirakçılara zərər dəyə bilir. Bəs belə hallarda nə etmək olar?
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında hüquqşünas Fərhad Mehdiyev bildirib ki, Küçədə aparılan sosial eksperimentlər olur:
“Bəzən onların nəticəsində, vətəndaşın qorxudulması mümkün ola bilər. Qorxudulmaqdan başqa, vətəndaş hesab edər ki, onun şərəf və ya ləyaqəti alçaldılıb. Əgər həqiqətən obyektiv meyara görə buna qiymət vermək mümkündürsə, belə olan halda o vətəndaşların, hər bir halda mənəvi zərər tələb etmək hüququ var. Qorxudulma hallarına, çox rast gəlirəm. Özüm də baxıram. Orada eksperimentə məruz qalan insan ciddi şəkildə qorxu keçirir. Odur ki, belə şeylər əslində qanunsuzdur. Və burada da vətəndaşın qeyd eləmək lazımdır ki, tələb etmə hüquqları yaranır. Amma indi zərəri tələb eləyər, yoxsa yox, o vətəndaşın öz seçimidir. Amma sosial eksperiment keçirənlər yəni, bu etika eksperiment etikası adlanır buna riayət etməlidirlər. Elmi metodda da sosial eksperiment var, elmi metodologiyada. Amma hər bir halda üçüncü şəxslərə zərər vurmadan eksperiment aparılmalıdır. Yəni onların şəxsiyyət hüquqları, mənəvi hüquqları, tapdalanmamalıdır və hər hansı bir maddi və mənəvi zərərə onlar məruz qalmamalıdırlar”.
Beləliklə, demek olar ki, sosial eksperimentlər cəmiyyətə mesaj çatdırmaq üçün olunsa da bəzən insanlara ziyan vura bilir. Bu kimi halların yaşanmaması üçün belə eksperimentləri keçirənlər hər şeyi diqqətə almalıdırlar.
Selcan Xudiyeva