00:00:00
Yazar
Admin User
12.12.2025 18:36 142 1 dəq oxuma
Sosial

Sosial şəbəkə qadağası

Sosial şəbəkə qadağası

Avstraliya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edib və platformalara bu yaş qrupunu bloklamağı tapşırıb. Qərar tənqid olunsa da, valideynlər tərəfindən müsbət qarşılanıb və hökumət bunu gənclərin rifahı üçün vacib addım sayır. Azərbaycanda tətbiq olunma ehtimalı: Azərbaycanda belə bir tam qadağanın tətbiqi real görünmür, lakin uşaqların onlayn təhlükəsizliyi ilə bağlı məhdudiyyətlər və maarifləndirmə tədbirləri mümkündür.

 

Mövzu ilə bağlı "İnformator.az" a müsahibəsində jurnalist İlkin Məmmədkərimli bildirib ki, əslində 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkə məhdudiyyəti texniki cəhətdən mümkündür, amma tam effektiv deyil:

 

“Xarici platformaların yerli qanunlara uyğunlaşması tələb olunduğu üçün proses çətinləşir. Belə qərar qəbul olunsa, valideynlərin böyük hissəsi bunu dəstəkləyər, ictimaiyyətdə isə senzura narahatlığı yarana bilər. Hazırda Azərbaycanda daha çox maarifləndirmə və valideyn nəzarəti alətlərinin gücləndirilməsi istiqamətində işlər gedir. Tam qadağa real görünmür, amma təhlükəsizlik mexanizmlərinin sərtləşdirilməsi mümkündür”.

 

Nazim Xey,rxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər