00:00:00
Yazar
Admin User
19.12.2025 19:13 164 2 dəq oxuma
Maraqlı

"Sosial şəbəkələr gündəmi müəyyən edir"

"Sosial şəbəkələr gündəmi müəyyən edir"

Müasir dövrdə sosial şəbəkələr və media vasitəsilə məlumatlar çox sürətlə yayılır. Bəzi mövzular qısa müddətdə hamının müzakirə etdiyi əsas gündəm mövzusuna çevrilir. Lakin bu mövzuların çox danışılması onların mütləq doğru olması anlamına gəlirmi?

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında jurnalist İlkin Məmmədkərimli bildirib ki, indiki vaxtda sosial şəbəkələrin gündəmi müəyyən etməsi normaldır:

 

 

"Hanısa bir məlumat sosial şəbəkədə yayılır. Sonra mətbuat onu götürür və ölkə gündəminə çevrilir, hər kəsin müzakirə etdiyi mövzulardan biri olur. Müsbət tərəfləri var ki, bəzən hansısa qanunsuzluq olur məsələn: təhsil sahəsində, ayrı-ayrı sektorlarda, yol polisi hansısa bir sərnişlə bağlı qanun pozuntusuna yol verirsə, dövlət məmuru vətəndaşa qarşı qanun pozuntusuna yol verirsə, hər hansısa bir uşaq baxçasında uşaq döyülürsə, bu sosial şəbəkəkərdə yayılır və mətbuatda götürür. Belə olduqda ölkə gündəmi bununla tutulur. Bu yaxınlarda tikinti şirkətlərdən biri vətəndaş evdə olduğu halda evini uçurdub. Bu ilk sosial şəbəkələrdə yayılıb sonra isə mətbuat götürüb yaydı. Sonda məsələ ictimailəşərək cəzalandırılmaya gəlib çıxıb. Media savadlığı belə bir məqamda önəmlidir ki, jurnalist özü baxmalıdır. Media özü baxır və xəbəri vacib olan məlumatları götürür. Sosial şəbəkədən mediaya çıxan zaman xəbər artıq ictimailəşirsə, həmin problem artıq həllini tapır. Bu mənada məsələni sosial şəbəkədən götürülməsinə mən pis baxmıram. Amma bəzən qeyri-peşəkar jurnalistlər var ki, ümumiyyətlə xəbəri vacib olmayan məsələni götürüb məsələn: hər hansı müğənninin paylaşdığı adi şəkil olsun, sosial şəbəkə hesabında paylaşımı və s. bunları ciddi xəbər kimi təqdim edirlər. Bu xəbəryükü sayılmır. Onun xəbər kimi yayılmasını mən doğru hesab etmirəm".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər