Soyuq hava, nəticədə sinusit
Qışın başlaması və soyuq hava şəraitinin artması ilə sinusit şikayətləri də artır. KBB Mütəxəssisi Dr. Sümbül Bayraktar Güzeldağ aşağı temperaturun sinuslardakı seliyin quruluşunu pozduğunu və infeksiyalar üçün çoxalma mühiti yaratdığını bildirib və qış aylarında nəzərə alınmalı vacib məqamları vurğulayıb.
Dr. Güzeldağ qış aylarında hava temperaturunun düşməsinin sinus boşluqlarındakı ifrazatların qurumasına və qatılaşmasına səbəb olduğunu bildirib. O, bu vəziyyətin sinus keçidlərinin tıxanmasına səbəb olduğunu qeyd edib.
"Qatılaşmış selik sinusların öz-özünə təmizlənməsini çətinləşdirir. Keçidlər tıxandıqda, bakteriya və virusların çoxalması üçün ideal bir mühit yaranır. Bundan əlavə, soyuq havanın vazokonstriktor təsiri sinusların təbii müdafiə sistemini zəiflədir. Bütün bu amillər qış aylarında sinusitin daha çox yayılmasına səbəb olur".
CNN
Zəhra Möhübbətova
