"Soyuq əllər, isti ürəklər"
2025-ci ilin qışına qədəm qoyarkən şəhərin küçələri soyuyur, amma insanlar arasında istilik daha da artır. “Soyuq əllər, isti ürəklər” ifadəsi bu ilin ruhunu elə gözəl təsvir edir, çünki çətinliklər, sürətli dəyişikliklər və gündəlik qaça-qaç arasında belə insanlar bir-birinə qarşı daha diqqətli, daha qayğıkeş olmağa başlayıblar.
Bu il xüsusilə paylaşmaq, yardım etmək və bir-birini düşünmək ən böyük dəyərlərdən birinə çevrilib. Soyuq havaya, sərin rüzgarlara rəğmən, insanların qəlbindəki istilik daha aydın hiss olunur: kimisi ehtiyac sahibinə əl uzadır, kimisi kiçik, amma dəyərli xeyirxahlıq edir, kimisi də sadəcə bir təbəssümlə başqasının gününü isidir.
Soyuq əllər qarşılaşdıqda titrəyə bilər, amma isti ürəklər birləşəndə həm qış, həm də həyat daha dözümlü, daha rəngli və daha mənalı olur.
“İnformator.az”a danışan Mehin Qasımova bildirib ki, bu il havalar nə qədər soyuq olsa da, insanlar arasında qəribə bir yaxınlıq hiss olunur:
“2025-də ‘Soyuq əllər, isti ürəklər’ sözünü daha çox hiss edirik. Hamı bir-birinə daha diqqətlidir — istər küçədə birinə kömək etmək olsun, istərsə də sadəcə kiçik bir xoş söz demək”.
“İnformator.az”a danışan Nərmin Əhmədzadə bildirib ki, elə bil insanlar anlayıblar ki, bu çətin dövrdə bizi isidən təkcə paltar və istilik deyil, insanlıq və mərhəmətdir:
“Məncə, bu il insanların bir-birinə olan münasibətində çox müsbət dəyişiklik hiss olunur”.
“İnformator.az”a danışan Faidə Abbaszadə bildirib ki, 2025-ci ilin qışı əvvəlkindən daha sərt gəldi, amma insanların ürəyi elə bil daha da yumşalıb:
“‘Soyuq əllər, isti ürəklər’ sözünün mənasını bu il daha yaxşı anlayıram. Küçədə tanımadığın adamın bir salamı belə insanı isidir”.
Banuçiçək Məmmədova
