00:00:00
Yazar
Admin User
29.09.2025 10:47 165 2 dəq oxuma
Mədəniyyət

Sərgi Günləri

Sərgi Günləri

XI Bakı Beynəlxalq Kitab Sərgisi yaxın günlərdə baş tutacaq. Sərgi ölkənin ən böyük nəşriyyatlarını və minlərlə oxucunu bir araya gətirəcək. Hər il iştirak edən “Qanun Nəşriyyatı” bu dəfə də sərgidə yer alacaq və oxucular üçün maraqlı təqdimatlar hazırlacaq.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Azərbaycanın ən nüfuzlu naşirlərindən biri Şahbaz Xuduoğlu bildirib ki, bu kitab sərgisində yerli nəşriyyatlara və nəşriyyatçılara fərqli bir korpusda yer verəcəklər:

 

“Bu o deməkdir ki, bizim yerli nəşriyyatların sayı artıb, kitabların həcmi və sayı çoxalıb. Bizim yerli nəşriyyatlara daha çox yer lazımdır deyə başqa bir korpusa da ehtiyac yaranıb. Əvvəllər iki ildə bir dəfə keçirilsə də bu sərgi, lakin son illərdə hər il mütləq keçirilir. Eyni zamanda hər il daha çox insan sərgiyə baş çəkir və daha fərqli çevrələri cəlb edə bilir.

 

Bir məsələ də var ki, sərgiyə qonaq yazıçılar və şairlər seçilir və onların seçilmə prosesi bəlli deyil bu isə müəyyən narahatlıq yaradır, lakin hər yazıçı da bu sərgiyə dəvətli ola bilməz”.

 

Qeyd edək ki,Şahbaz Xuduoğlu yalnız nəşriyyat sahəsindəki uğurları ilə deyil, həm də oxucular və kitab alıcıları ilə olan səmimi münasibətləri ilə seçilir.O, insanlarla iç-içə olub onların fikirlərini dinləyir və kitab sevərlərlə bir başa ünsiyyət quraraq həm nüfuzlu, həm də sevilən bir şəxsiyyətə çevrilir. Ümid edirəm ki, bu il sərgiyə daha çox insan baş çəkəcək; gəlin kitabları kəşf edib oxumağa vaxt ayıraq, hər yeni kitab yeni bir dünya açır.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər