00:00:00
Yazar
Admin User
24.10.2025 19:05 168 1 dəq oxuma
Mədəniyyət

Səsi ilə ruhlara yol açan ustad

Səsi ilə ruhlara yol açan ustad

Azərbaycan muğamının səssiz dərinliklərində bir səs hələ də dolaşır-Hacıbaba Hüseynovun səsi. O səs ki, nəinki qulağa, birbaşa qəlbə toxunur. Hər “Segah”da bir nisgil, hər “Rast”da bir vüqar, hər “Bayatı-Şiraz”da bir yanğı gizlənib onun səsində.

 

Hacıbaba Hüseynov təkcə bir xanəndə deyil, o, muğamın ruhunu xalqın ruhuna çevirib. Onun səsində Vətənin daşı, torpağı, dağ havası, dərdli insanı var. O, muğamı səsləndirməyib, muğamı yaşayıb. Hər kəlməsi dua kimi səslənib, hər nəfəsi musiqiyə çevrilib. Gecələrin sükutunda kim onun səsini dinləsə, orada həm kədər, həm də təsəlli tapar. Elə bu səbəbdəndir ki, Hacıbaba Hüseynov təkcə səhnədə yox, yaddaşlarda da yaşayır.

 

Bu gün onun anım günüdür… Amma belə insanlar ölmür.

 

Çünki ölməz olan səs buraxıblar bizə-Muğamın sükutdan doğan səsi, xalqın qəlbində əbədi yaşayan səsi.

 

Hacıbaba Hüseynovun səsi indi də eşidilir- yalnız qulaqla deyil, ruhla dinləyənlər üçün…

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər