00:00:00
Yazar
Admin User
06.12.2025 17:33 114 2 dəq oxuma
Sosial

Səssiz işçilər

Səssiz işçilər

Əksəriyyətimiz səhər yuxudan durub, lazımi işlərimizi gördükdən sonra işə gedirik və axşam 6-9 üçün evdə oluruq. Lakin Gecə 10,11-dən səhər 7,8-ə kimi işləyənlər də az deyil. Yuxusuzluq, gecənin çətinliyi, təhlükələrin oynadığı zaman.

 

Mövzu ilə bağlı Ailə və uşaq psixoloqu Aynur İsmayılova “İnformator.az”a açıqlamasında bildirib ki, gecə növbəsində çalışan çox insanlarda sinir xəstəlikləri özünü daha aktiv göstərir və onlar daha çox nevrozdan əziyyət çəkirlər:

 

“Tükənmişlik sindromu tez yaranır, çünki tez-tez gecə növbəsində işləyən insanlar gündüz yatsalar belə, gecə yuxusu qədər keyfiyyətli yatmırlar. Gecələr şüuraltının daha aktiv olduğu vaxtlarda insanlar passiv istirahət edə bilmədikləri üçün, beyin də təbii olaraq gecə saatlarında rahatlanmağa öyrəşdiyindən, oyaq qalmaq çətinləşir. Əvvəldən, uşaq yaşlarından insan gecə yatmağa alışıb. Buna görə də bəzən insanlar gecə növbəsinə tam adaptasiya ola bilmirlər. Bəli, müxtəlif maddələr və ya kofedən istifadə etməklə bir müddət oyaq qalmaq mümkün olsa da zamanla bu insanlarda ruh düşkünlüyü, tükənmişlik sindromu və tez-tez depressiya müşahidə olunur. Belə hallarda mütləq şəkildə həkim və psixoloji dəstək almaq həmin insanlara əlavə motivasiya verə bilər”.

 

Mövzu ilə bağlı gecə növbəsində çalışan kiçik tibb bacısı Aygün Nurəliyeva “İnformator.az”a müsahibəsində bildirib ki, gecə növbəsi normal həyat rejimindən kənara çıxmağımıza səbəb olur:

 

“Belə ki, işdən sonra səhər vaxtlarında yatmaq çətin olur. Bu da gecə növbəsində sərf etdiyimiz enerjini bərpa etməyi çətinləşdirir. Gecə saatlarında işləməyin riskləri kimi, yuxusuzluq və bu səbəbdən yaranan diqqət əksilmələrini demək olar. Yorğunluqdan əmələ gələn dalğınlıqları minimuma salmaq üçün iş zamanı əlavə konsentrasiya ilə çalışmaq lazım olur. Gecə növbəsində işləmək üçün əlavə maaş almırıq. Düşünürəm ki, əlavə maaş, əlavə motivasiya ola bilər və bəzi çətinlikləri aradan qaldıra və ya unutdura bilər”.

 

Fidan Alışova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər