Ştatların Dağlıq Qarabağla bağlı qərarları məcburedici qüvvəyə malik deyil
Ştat qanunvericiləri tərəfindən Dağlıq Qarabağla bağlı qəbul olunan qərarlar məcburedici qüvvəyə malik deyil və ABŞ-ın xarici siyasətini əks etdirmir.
“Ştat qanunvericiləri tərəfindən Dağlıq Qarabağla bağlı qəbul olunan qərarlar məcburedici qüvvəyə malik deyil və ABŞ-ın xarici siyasətini əks etdirmir”.
İnformator.az-ın məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.
Xatırladaq ki, ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatası qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qətnamə qəbul edib.
