00:00:00
Yazar
Banuçiçək Məmmədova
08.04.2026 19:34 78 2 dəq oxuma
Sosial

Su altında qalan və makler evlǝri ucuzlaşır?

Su altında qalan və makler evlǝri ucuzlaşır?

Son dövrlərdə intensiv yağıntılar və daşqınlar nəticəsində bəzi yaşayış ərazilərində evlər su altında qalır. Bu cür hadisələr həm insanların yaşayış şəraitinə, həm də daşınmaz əmlak bazarına ciddi təsir göstərir. Ekspertlər bildirir ki, riskli zonalarda yerləşən evlərin qiymətində dəyişikliklər qaçılmazdır. Bəs belə hallarda evlərin dəyəri həqiqətən azalırmı və bu proses bazara necə təsir edir?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, ötən günlərdə güclü yağış səbəbindən paytaxt Bakı və Abşeron ərazisində yüzlərlə fərdi yaşayış evi və çox sayda obyekt ciddi şəkildə yağış sularına məruz qalıb:

 

“Yağış suları nətisəcində zərər çəkən ərazilərdə yerləşən mənzillərin həm daxili təmirinə, həm də ümumi keyfiyyətinə ciddi zərər dəyib. Suyun həmin ərazilərdə uzun müddət qalması yaxın günlərdə torpağın və mənzillərin çökməsi səbəb ola bilər. Mənzillərin daxilində suyun uzun müddət qalması xüsusilə döşəmə və digər hissələrə ciddi zərər vurub, bu isə uzun müddət nəmişlik qoxusunun qalmasına və ümumi vəziyyətin pisləşməsinə gətirib çıxarıb. Artıq ənənəvi olaraq hər il mart ayının sonundan başlayaraq avqust ayının sonuna qədər yaşayış evlərinə və torpaq sahələrinə tələbat artır. Bu il isə tələbat daha tez formalaşıb və yüksək tələbat səbəbindən bu tip əmlakın qiymətində artım müşahidə olunub. Digər tərəfdən, paytaxtda baş verən söküntülər nəticəsində alıcıların böyük bir hissəsi qiymətlərin daha ucuz olması səbəbindən Bakıətrafı ərazilərdə fərdi yaşayış evlərinə üz tutur. Lakin çoxsaylı mənzillərin yağış sularına məruz qalması həmin əmlakların satış qiymətlərində ciddi enmələrin olacağını göstərir. Yaxın günlərdə yağış suları nətisəcində zərər çəkən ərazilərdə yerləşən mənzillərin kütləvi şəkildə satışa çıxarılacağı gözlənilir. Əgər bu tip mənzillər kütləvi şəkildə satışa çıxarılarsa, onların qiymətlərində enmənin qaçılmaz olacağı aydındır. Mövcud qanunvericiliyə əsasən çıxarışı olan daşınmaz əmlaklar mütləq sığortalanmalıdır və bu cür hadisələr baş verdiyi zaman vətəndaşların mənzillərinə dəyən maddi zərər sığorta şirkətləri vasitəsilə qarşılanır. Lakin bu hallar daha çox çıxarışsız fərdi yaşayış evlərinin yerləşdiyi ərazilərdə baş verdiyi üçün bu tip əmlaklara dəyən maddi zərər sığorta şirkətləri vasitəsilə qarşılanmır. Nəticədə, əksər hallarda vətəndaşlara dəyən maddi zərər onların özləri vasitəsilə ödənilir”.

 

Banuçiçək Məmmədova

#makler #baki #gündəm #evlǝri #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər