Su kəsintiləri vətəndaşları narahat edir
Son günlər şəhərin bəzi məhəllələrində su kəsintiləri sakinləri çətin vəziyyətə salır. Xüsusilə, günün pik saatlarında baş verən fasilələr ev işlərinə, gigiyenaya və gündəlik həyat ritminə ciddi təsir göstərir. Sakinlər suyun qeyri-sabit verilməsindən narazıdır və problemin tezliklə həll olunmasını gözləyirlər. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) mövqeyi maraq doğurur. Əsas məkan isə Qaradağ rayonu Lökbatanqəsəbəsi, Hüseyin Məmmədov küçəsidir.
Mövzu ilə bağlı “İnfotmator.az”a açıqlamasında ADSEA rəhbərliyi
əlaqə saxladıq, lakin məsələ ilə bağlı rəsmi açıqlama verməkdən boyun qaçırdılar. Vətəndaşların su təchizatı ilə bağlı narazılığı hələ də davam edir, texniki problemlərin səbəbi açıqlanmır.
Vətəndaş mövzu ilə bağlı fikrini bildirib:
“Xeyr, bizim heç bir borcumuz yoxdur. Amma su hər gün səhər kəsilir və yalnız axşam gəlir. Su da çox zəif olduğuna görə mator qoydurmuşuq. Problem uzun müddətdir həll olunmayıb".
Gövhər Mehyəddinova