"Sualtı enerji kabeli layihəsi Azərbaycanın Avropadakı rolunu artırır " - ŞƏRH
Azərbaycanla Mərkəzi Avropa arasında sualtı enerji kabel layihəsinin həyata keçirilməsi regionun enerji əlaqəsini gücləndirməklə yanaşı, həm də yüksək texnoloji sənaye sahələrinin inkişafı üçün şərait yarada bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında bildirib ki, sualtı enerji kabeli layihəsi Azərbaycanın Avropadakı rolunu artırır və regional inteqrasiyaya töhfə verir:
“Azərbaycanla Mərkəzi Avropa arasında sualtı enerji kabel layihəsinin həyata keçirilməsi regionun geosiyasi balansına birbaşa və ciddi təsir göstərməyəcək. Çünki regionların geosiyasi mövqeyini əsasən hərbi-siyasi əməkdaşlıq müəyyən edir. İqtisadi və enerji sahəsində əməkdaşlıq isə daha çox hərbi-siyasi yaxınlaşma üçün əlverişli zəmin yaradır. Lakin bu, iqtisadi və enerji tərəfdaşlığının mütləq şəkildə hərbi-siyasi ittifaqla nəticələnəcəyi anlamına gəlmir. Bu layihə, şübhəsiz ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu artıracaq. Xüsusilə Avropanın yaşıl enerji ilə bağlı strateji hədəflərini nəzərə alsaq, Azərbaycanla Mərkəzi Avropa arasında planlaşdırılan sualtı kabel təşəbbüsü bu istiqamətdə mühüm təsir göstərə bilər. Ümumilikdə, bütün iqtisadi və enerji layihələri kimi, sualtı kabel təşəbbüsü də region ölkələri arasında siyasi və iqtisadi inteqrasiyanın güclənməsinə töhfə verəcək. Bununla yanaşı, layihənin reallaşması müəyyən riskləri də istisna etmir. Lakin Rusiyanın və İranın regiondakı təsir imkanlarının zəifləməsi bu risklərin minimum səviyyəyə enməsinə şərait yarada bilər”.
Arzu Poladova
