00:00:00
Yazar
Nərmin Həşimova
26.05.2026 20:00 21 1 dəq oxuma
İqtisadiyyat

“Subsidiyalar qiymətləri deyil, sahələrin inkişafını hədəfləyir”-AÇIQLAMA
 

“Subsidiyalar qiymətləri deyil, sahələrin inkişafını hədəfləyir”-AÇIQLAMA

Azərbaycan hökuməti kənd təsərrüfatı və balıqçılıq sektorlarının inkişafında ciddi addım atır. Prezident İlham Əliyevin təsdiqlədiyi 2026-2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində cins heyvanların və balıqların saxlanıldığı müasir təsərrüfatlara götürülən kreditlərin faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur. Bu tədbir həmin sahələrdə fəaliyyət göstərən sahibkarların maliyyə yükünü azaltmaq və investisiya mühitini canlandırmaq məqsədini daşıyır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, subsidiya mexanizminin mahiyyətini düzgün anlamaq vacibdir: 


"Subsidiyanın verilməsi həmin sahələrin inkişafı üçün edilir. Subsidiyanı ona görə vermirlər ki, vətəndaş məhsulu daha ucuz alsın. Bu baxımdan qiymətlərə heç bir birbaşa təsir göstərməyəcək. Subsidiya mexanizminin əsl hədəfi fermerlər və biznesmenləri həvəsləndirməkdir. Subsidiyanın təsiri o vaxt ola bilər ki, bu sahələr subsidiyanın alınması nəticəsində inkişaf edəcək, məhsul bolluğu yaranacaq və ondan sonra məhsulların ədalətli qiyməti formalaşacaq. Yəni subsidiyanı ona görə verirlər ki, həmin sahələrə fermerlər və biznesmenlər kredit götürməyə həvəslənsinlər və həmin sahələr inkişaf etsin. Hətta ixraca yönələn inkişaf belə daxili bazar qiymətlərinə avtomatik təsir göstərmir. Həmin sahələr inkişaf etsə də, ixraca yönəlsə də, yenə daxili bazarda qiymətlərə təsir göstərmir. Məqamları düzgün qoymalıyıq. Qiymətlərə heç bir təsir etməyəcək, amma həmin sahələrin inkişafına müsbət təsir göstərə bilər".


Mehriban Yariyeva

#kənd təsərrüfatı #balıqçılıq #subsidiya #tətbiq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər