Sudanda 42 saatlıq atəşkəs elan edildi
ABŞ dövlət katibi Antoni Blinken Sudanda münaqişə tərəflərinin 72 saatlıq atəşkəs elan etdiyini açıqlayıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, atəşkəs yerli vaxtla gecə yarısı qüvvəyə minib Antoni Blinken bildirib ki, Sudan ordusu və yarımhərbiləşdirilmiş paramiliter qüvvələr, Çevik Dəstək Qüvvələri 48 saatlıq gərgin danışıqlardan sonra müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
Blinken həmçinin ABŞ-ın Sudanda atəşkəs və mülki idarəçiliyə keçid üçün bütün tərəfdaşlarla işləməyə davam edəcəyini qeyd edib.
Sudanda bundan əvvəl də bir neçə dəfə tərəflər arasında atəşkəs elan edilsə də, qısa müddət sonra toqquşmalar yenidən başlayıb.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Sudanda zorakılığın bütün bölgəni bürüyə biləcək "dağıdıcı yanğına" səbəb ola biləcəyi barədə daha əvvəl xəbərdarlıq etmişdi.
Fatima
