Sudanda atəşkəsə rəğmən təhlükə davam edir
Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında aprelin 15-dən bu yana davam edən qarşıdurmalarda tərəflər sona çatan 3 günlük atəşkəsin daha 3 gün uzadılmasına qərar verib.
İnformator.az BBC-yə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken atəşkəsin uzadılması qərarından məmnun olduqlarını bildirib. Tvitter hesabında paylaşım edən Blinken hər iki tərəfi münaqişələrə son qoymağa və ölkədəki humanitar yardımlara mane olmamağa çağırıb.
Atəşkəsə baxmayaraq, hərbi təyyarələr gecə boyu paytaxt Xartumdakı (ÇDQ) mövqelərinə zərbələr endirib.
Mülki hökumətin xarici işlər naziri Məryəm əl-Sadiq əl-Mehdi atəşkəsə rəğmən, mülki əhalinin hələ də qorxu içində yaşadığını deyib.
Fatima
