00:00:00
Yazar
Admin User
11.05.2023 16:30 237 1 dəq oxuma
Dünya

Sudanda qarşıdurmalar 26-cı günündə davam edir

Sudanda qarşıdurmalar 26-cı günündə davam edir

Paytaxt Xartumda ordu ilə Sudanda Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurmalar 26-cı günündədir.

 

İnformator.az BBC-yə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, paytaxt Xartumun şimalında yerləşən Bəhri bölgəsində Sudan ordusu qüvvələri ilə HDK arasında şiddətli toqquşmalar baş verib. Bəhrinin bir çox məhəllələrində güclü partlayışlar və ağır artilleriya səsləri eşidilib, ordunun döyüş təyyarələrinin havada uçuşu müşahidə edilib.

 

Paytaxtın müxtəlif yerlərində 26-cı gündə qarşıdurmaların davam etdiyi bildirilsə də, Səudiyyə Ərəbistanının Ciddə şəhərində iki tərəf arasında aparılan danışıqlarda hələlik irəliləyiş əldə olunmayıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında aprelin 15-dən bəri davam edən qarşıdurmalarda həyatını itirənlərin sayının 604-ə, yaralıların sayının isə 5127 nəfərə çatdığını açıqlayıb.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər