Süni intellekt haqqında qanun layihəsinə çağırış
Böyük Britaniyada Parlamentin hər iki palatasının üzvlərindən ibarət partiyalararası komitə süni intellektin insan hüquqları üçün yaratdığı riskləri – mövcud qanunvericiliyin kifayət etmədiyi sahələri – müəyyən edib. İnsan Hüquqları üzrə Birgə Komitə bu təhlükələrin ciddiliyini nəzərə alaraq, süni intellektlə bağlı yeni qanun layihəsinin hazırlanmasına çağıran hesabat dərc edib.
Komitə sədri, deputat Aleks Sobel bəyan edib ki, dünyanın heç bir yerində o cümlədən Böyük Britaniyada süni intellektlə bağlı məqsədəuyğun qanunvericilik yanaşması mövcud deyil.
Selcan Xudiyeva