Süni intellekt liderləri sürəti azaltmaq qərarına gəlib
Sənaye daxilindəki səs-küylü istefalar və nüfuzlu şəxslərin prosesləri yavaşlatmaq çağırışlarından sonra, süni intellekt texnologiyasının nəzarətdən çıxması ilə bağlı ssenarilər yeni bir mərhələyə qədəm qoyub. "Anthropic" şirkətinin baş direktoru Dario Amodei və "OpenAI" şirkətinin baş direktoru Sem Altman fəaliyyətlərini yavaşlatmaq planlarını açıqlayıblar. İlon Mask bu qərarı dəstəklədiyi halda, Zukerberq "sürətləndirmə"yə çağırıb.
"Claude"un yaradıcısı olan "Anthropic" şirkətinin baş direktoru Dario Amodei şənbə günü dərc olunmuş məqaləsində bildirib ki, süni intellekt şirkətləri model hazırlama prosesinin sürətini qəsdən "yavaşlatmalıdırlar", çünki texnoloji irəliləyişlər tədqiqatçıların onları anlamaq və nəzarətdə saxlamaq imkanlarını üstələyir.
Selcan Xudiyeva