00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
30.10.2026 22:38 34 1 dəq oxuma
Maraqlı

Süni intellekt şirkətlərinin iflası şəxsi məlumatları təhlükə qarşısında qoya bilər

Süni intellekt şirkətlərinin iflası şəxsi məlumatları təhlükə qarşısında qoya bilər

 

Süni intellekt şirkətlərinin mümkün iflası istifadəçilərin şəxsi yazışmaları və həssas məlumatlarının üçüncü şəxslərin əlinə keçməsi riskini artırır.Süni intellektlə işləyən chatbot şirkəti Character.AI-nin iflası bu problemin mümkün nəticələrini gündəmə gətirib. Şirkətin on milyonlarla istifadəçisi chatbotlarla şəxsi və həssas mövzularda yazışıb.

 

Character.AI bəzi aktivlərini “Disney”ə 20 milyon dollara satmağa razılaşıb. İstifadəçi məlumatları bu sövdələşməyə daxil edilməsə də, məhkəmə sənədlərinə əsasən, şirkətin məlumatlarını digər alıcılara satması mümkün ola bilər.

 

Mütəxəssislər bildirirlər ki, süni intellekt şirkətləri maliyyə çətinliyi ilə üzləşdikdə onların topladığı böyük həcmdə istifadəçi məlumatları iflas prosesində dəyərli aktivə çevrilə bilər. Xüsusilə chatbotlarla danışan insanların şəxsi münasibətlər, ailə problemləri və digər həssas məsələlər barədə məlumat paylaşması məxfiliyə dair narahatlıqları artırır.

 

Ekspertlər istifadəçilərə istifadə etmədikləri süni intellekt xidmətlərində saxlanılan şəxsi məlumatlarını silməyi, məxfilik siyasətini yoxlamağı və həssas məlumatları chatbotlarla paylaşarkən ehtiyatlı olmağı tövsiyə edirlər.

Sevgi İbrahimova
 

 

#intellekt #təhlükə #xəbər #qarşısında
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər