00:00:00
Yazar
Aysel Mirzəyeva
22.04.2026 21:18 29 1 dəq oxuma
Sosial

Süni intellektdə hüquqi sərhəd

Süni intellektdə hüquqi sərhəd

Milli Məclis süni intellekt vasitəsilə qanunsuz materialların hazırlanıb yayılmasına görə qadağaları, cərimə və cəzaları üçüncü oxunuşda qəbul edib. Bununla bağlı Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə, İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanun və Media haqqında Qanuna dəyişiklik layihəsi parlamentin plenar iclasında müzakirə olunub.


Mövzu ilə bağlı hüquqşünas Vamiq Şükürov “İnformator.az”a açıqlamasında bildirib ki, bu dəyişikliyə zərurət var idi, çünki deepfake texnologiyası sürətlə inkişaf edib və mövcud qanunvericilik bu sahəni tənzimləmirdi:

 

“Azərbaycanda da ictimai şəxslərə qarşı saxta video və audio materialların yayılması halları artıb. Şərəf, ləyaqət və məxfiliyin qorunması üçün hüquqi boşluq mövcud idi. Xüsusilə seksual deepfake məzmununun qurbanları (əsasən qadınlar) hüquqi müdafiədən məhrum idi. Beynəlxalq təcrübəyə - AB, ABŞ, Cənubi Koreya və s. uyğunlaşma zərurəti var idi. Qısa desək, texnologiya qanundan irəli keçib, bu dəyişiklik həmin boşluğu bağlayır”.

 

Günel Əlili

#xəbər #gündəm #azərbaycan #süni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər