00:00:00
Yazar
Aysel Mirzəyeva
07.05.2026 21:09 28 2 dəq oxuma
Sosial

Süni intellektlə saxta görüntü və səslərə görə 7 ilədək həbs cəzası

Süni intellektlə saxta görüntü və səslərə görə 7 ilədək həbs cəzası

Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlara dəyişikliyi imzalayıb.

 

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov "İnformator.az"a açıqlamasında bildirib ki, süni intellekt, informasiya, texnologiyalar o qədər inkişaf edib ki, heç nəyin boşluq olub-olmadığını, bunu tam doldurmağı dünyada hələ tam heç kəs bilmir:

 

"Yəni bizdən xeyli inkişaf etmiş ölkələr hansı ki, bu texnologiyaları inkişaf etdirir. Sözü gedən dəyişikliklər iki məsələdir: dəyişikliklər biri şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməkdə süni intellekt texnologiyaları vasitəsilə reallığı əks etdirməyən foto, video və audio materialların hazırlanması və yayılması kütləvi foto səsdir. Məsələn, kiminsə foto videosunun səsindən istifadə olunur və həqiqətə uyğun olmayan məlumatlar yayılır. Burda üç ilə qədər azadlığdan məhrum etmək cəzası nəzərdə tutulub. Və digər maddə də bu yenə də şəxsin razılığı olmadan onun görüntüsündən və səsindən istifadə etməklə süni intellekt vasitəsilə pornoqrafik və seksual məzmunluq foto, video və audio. Burda isə üç ildən yeddi ilədək  azadlıqdan məhrum edilmə cəzası var. Bu daha ağır cinayətdir.  Mən hesab edirəm ki, belə məhdudiyyətlər indi innovasiyanı ləngidə bilməz. Sadəcə bundan istifadə edənləri məsuliyyətli edəcək istənilən halda. Amma təbii ki, bütün pozuntuların qarşısına almaq qeyri - mümümkündür".


Günel Əlili

#xəbər #gündəm #intellektlə #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər