Supertrampın yaradıcısı Rick Davies 81 yaşında vəfat edib
Supertramp qrupunun yaradıcısı, qrupun bəzi hitlərini yazan və oxuyan Rick Davies 81 yaşında vəfat edib. İngilis vokal ifaçısı şənbə günü, qan xərçəngi növü olan multipl mieloma diaqnozu qoyulmasından on il sonra dünyasını dəyişdiyini qrup bildirib:
“Qrup yoldaşı Roger Hodgson ilə birlikdə həm müəllif, həm də ifaçı kimi Supertrampın ən ikonik mahnılarının səsi və pianoçusu olub və rok musiqi tarixində silinməz iz qoyub", “Onun duyğulu vokalları və Vurlitzer klaviaturasında bənzərsiz ifası qrupun səsinin ürəyi olub”.
Davies 1974-cü ildə çıxan “Bloody Well Right” (qrupun ABŞ-də uğur qazanmasına səbəb olan mahnı) və 1979-cu ildə çıxan “Goodbye Stranger” kimi mahnıların müəllifidir.
Banuçiçək Məmmədova
BBC NEWS
