Suriya ordusu əl-Nusranın Hələb və Türkiyə arasındakı təchizat xəttini ələ keçirib
Suriya ordusu və Milli Müdafiə qüvvələri əl-Nusra cəbhəsinin Hələb və Türkiyə ilə sərhədi olan Mayer şəhərindəki təchizat xəttini ələ keçirib.
İnformator.az “RiaNovosti”yə istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Mənbənin məlumatına görə, Suriya ordusu Hələb əyalətinin şimal hissəsində Maarasata əl-Xan şəhərində 3 terrorçunu əsir götürüb. Ordu daha çox şiələrin məskunlaşdığı Nubl və əl-Zəhra şəhərində terrorçuların 4 illik blokadasını qırıb. 2012-ci ildən mühasirədə olan şəhərlərə Suriya hava qüvvələri silah və humanitar yardım edib.
İranın “Fars” agentliyinin məlumatına əsasən, ötən gün Kürd müdafiə qüvvələri əl-Nusra tərəfindən idarə olunan Nubl və əl-Zəhranın şimalında yerləşən iki kəndi azad edə bilib.
Onlarla İŞİD terrorçusu Suriya ordusu və Milli müdafiə qüvvələrinin hücumları nəticəsində öldürülüb, çox sayda terrorçu isə yaralanıb.
