Suriya ordusu Rakkanın mərkəzinə daxil olub
Suriya ordusunun bölmələri Dəməşqdən 520 kilometr şimal-şərqdə, Fərat çayının sahilində yerləşən eyniadlı əyalətin paytaxtı Rakkanın mərkəzi rayonlarına daxil olub.
"İnformator.az" xəbər verir ki, bu barədə "Al-Hadat" televiziyası Suriya hərbi mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, qoşunlar daha əvvəl ölkənin şimal əyalətlərini birləşdirən strateji Hələb-Rakka-Deyr əz-Zor magistral yoluna nəzarəti ələ keçiriblər.
Qeyd edək ki, Suriya ordusu terrorçu SDQ qüvvələrinə qarşı əməliyyat aparır.
