Suriyada YPG terror təşkilatının sursat anbarı tapılıb
Əldə edilən razılaşmaya uyğun olaraq, Mənbicin cənub-qərbindəki Tişrin bəndini münaqişəsiz ələ keçirən Suriya ordusu, YPG terror təşkilatına məxsus sursat anbarı aşkar edib.
Suriya qüvvələri terrorçu elementlərdən münaqişəsiz ələ keçirdikləri Tişrin bəndində axtarış və təmizlik əməliyyatlarını davam etdirir. Bu əməliyyatlar zamanı Tişrin bəndinin altında terror təşkilatına məxsus sursat anbarı tapılıb. Aşkarlanan sursat anbarında çoxsaylı partlayıcı maddələr, eləcə də kamikaze dronları, raket atıcıları və minaatan mərmiləri daxil olmaqla müxtəlif silahlar ələ keçirilib. Suriya bölmələri bəndin altındakı ərazidə yerləşən terror təşkilatının simvollarını da aradan qaldırıb.
Dəməşq rəhbərliyi ilə YPG arasında əldə edilən razılaşmanın bir hissəsi olaraq, Suriya ordusu bu səhər Fərat çayındakı Tişrin bəndini münaqişəsiz nəzarətə götürüb.
TRT Xəbər
Xədicə Məhərrəmli
