Suriyalı qadınlar 5 min türk lirəsinə satılır
Almaniyada çap olunan Der Stern jurnalı türkiyədəki suriyalıların faciəsinə bir başqa aspektdən yanaşıb. Jurnal internet səhifələrində yerləşdirdiyi xəbərdə xüsusi ilə iqtisadi sıxıntıda olan suriyalı qadın və qızların türk kişilər tərəfindən ikinci, üçüncü, hətta dördüncü arvad olaraq pulla alındığını irəli sürüb.
İnformator Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “1800 avroya suriyalı ikinci bir arvad” başlığı ilə verilən xəbərdə, Türkiyənin bəzi bölgələrində çox arvadlılığın varlı olmağın simvolu olduğu yazılıb: “Suriyalı qadınların çəin vəziyyəti iqtisadi baxımdan daha aşağı səviyyədəkiləri də ikinci evliliyi həyata keçirməyə imkan verib”, yazılıb.
Türkiyədə qanuni olaraq təkarvadlılığın olduğunu xatırladan xəbərdə, buna baxmayaraq bəzi bölgələrdə dini nikahla 3 hətta 4 arvadlı olanların varığına diqqət çəkilib. Qadın haqları dərnəklərinin ehtimalına görə, Türkiyədə 372 min qadının ikinci həyat yoldaşı olduğunu diqqətə çatdırıb. Eyni zamanda qeyd edilib ki, ailələrin 7%-də çoxarvadlılıq mövcuddur.
