Suriyanın ordusu kürdlərin nəzarətində olan ərazilərin geniş hissəsini ələ keçirib
Son iki gün ərzində Suriya ordusu tayfa silahlılarının dəstəyi ilə on ildən artıqdır kürd qüvvələrinin nəzarətində olan Suriyanın şimalındakı geniş əraziləri ələ keçirib. Ordunun nəzarətinə keçən şəhərlər arasında bir vaxtlar İŞİD-in “xilafətinin” paytaxtı olan Rəqqa da var.
Bu proses nəticəsində Suriyanın neftlə zəngin ərazilərinin böyük hissəsi də uzun fasilədən sonra yenidən hökumətin nəzarətinə keçib. Döyüşləri dayandırmaq məqsədilə Suriya hökuməti ilə əsasən kürdlərdən ibarət SDQ arasında razılaşma əldə olunduğu bildirilsə də tərəflər bazar ertəsi bəzi bölgələrdə toqquşmaların davam etdiyini açıqlayıb.
Cnn News
Ədilə Hüseynzadə
