00:00:00
Yazar
Admin User
08.11.2025 09:00 113 1 dəq oxuma
Mədəniyyət

Şuşa sakinlərinin əl işlərindən ibarət sərgi təşkil olunub

Şuşa sakinlərinin əl işlərindən ibarət sərgi təşkil olunub

Şuşa şəhərində sakinlərin əl işlərindən ibarət sərgi təşkil edilib.

 

“İnformator.az” “Report.az”ın Şuşaya ezam edilən əməkdaşına əsasən xəbər verir ki, sərgi 8 Noyabr - Zəfər Gününə həsr olunub.

 

Sakinlərin Şuşanın rəmzi olan “Xarıbülbül”ü əks etdirən müxtəlif formalı əl işləri, həmçinin rəsm və oyma sənəti nümunələri, musiqi alətləri əsasən şəhərin mərkəzindəki "Güllü bağ" parkı, Şuşanın giriş qapıları və Qala divarları səmtində sərgilənir.

 

Sərgi şəhər sakinləri və Şuşaya gələn qonaqların marağına səbəb olub.

 

Qeyd edək ki, Zəfər Gününə həsr olunan tədbirlər Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə təşkil edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər