00:00:00
Yazar
Cavahir Əsgərbəyli
13.06.2026 15:51 33 1 dəq oxuma
İqtisadiyyat

Şuşada TDT ölkələrinin rəqabət qurumları rəhbərləri Birgə Kommünike imzalayıb

Şuşada TDT ölkələrinin rəqabət qurumları rəhbərləri Birgə Kommünike imzalayıb

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası yekunlaşıb. Toplantının nəticəsi olaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin rəqabət sahəsində fəaliyyət göstərən qurumlarının rəhbərləri Birgə Kommünike imzalayıblar.

 

"İnformator.az" "Report.az"a istinadən xəbər verir ki, imzalanan sənəd rəqabət siyasəti istiqamətində əməkdaşlığın daha da genişləndirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsini, həmçinin gələcək dövr üçün ortaq fəaliyyət prioritetlərinin müəyyən edilməsini əhatə edir.

#azərbaycan #kommünike #şuşada #yeni #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər