Şuşada Torpaq çərşənbəsi qeyd edilib
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada baharın müjdəçisi sayılan Torpaq çərşənbəsi qeyd edilib.
"İnformator.az" xəbər verir ki, təşkil olunan bayram tədbirində şəhər sakinləri və bu günü Şuşada keçirmək üçün gələn qonaqlar iştirak ediblər.
Bayram tonqalı şəhərin qala divarları yaxınlığında qalanıb. Sakinlər tonqal ətrafında toplaşaraq rəqs edib, bir-birini təbrik edib və bayram əhval-ruhiyyəsini bölüşüblər.