00:00:00
Yazar
Admin User
28.11.2025 17:59 89 1 dəq oxuma
Sosial

Suyun çirklənməsi: Təbiətin ən böyük xəbərdarlığı

Suyun çirklənməsi: Təbiətin ən böyük xəbərdarlığı

Suyun çirklənməsi bu gün dünyanın qarşılaşdığı ən ciddi ekoloji problemlərdən biridir. Təbii su hövzələrinə sənaye tullantıları, məişət zibilləri, kimyəvi maddələr və plastik qalıqların qarışması nəticəsində həm təbiət, həm də insan sağlamlığı üçün təhlükəli vəziyyət yaranır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekoloq Rəhilə Əhmədova bildirib ki, çoxlu səbəblər göstərmək olar:

 

“Susuz həyat mümkün deyil. Hər sahədə sudan istifadə olunur. İnsan fəaliyyəti olan yerlərin hamısında sudan istifadə olunur. Biz zaqafqaziya dövlətləri arasında ən az şirin suya malik dövlətik. Bunların miqdarı get-gedə azalır. Bunun da səbəbi istehsalatların, ayrı-ayrı sənaye müəssisələrinin vasitəsilə sulardan istifadə edib və həmin suların tam təmizlənməyən formasının ekosistemə atılması suyun çirklənməsinə gətirib çıxarır. Kənd təsərrüfatında ziyanvericilərə qarşı atılan zərərli maddələr, gübrələrin nəticəsində torpağa hopur, suya keçir və ekosistemin çirklənməsinə səbəb olur. Həmçinin sənaye və məişət tullantıları ekosistemin ən böyük düşmənidir. Bir sıra yerlərdə su təmizləmə stansiyaları fəaliyyət göstərir. Xüsusən Abşeron yarımadasında bizim içməli su təminatımız “Ceyranbatan” su anbarı tərəfindən təmin olunur. Biz tələbələri dəfələrlə ora aparmışıq. Həqiqətən, möcüzəvi işlər gedir. Təəssüf ki, sudan rasional istifadə etmirik”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər