00:00:00
Yazar
Admin User
29.09.2025 10:04 115 1 dəq oxuma
Maraqlı

T Magazin yeni rubrikasına başlayıb

T Magazin yeni rubrikasına başlayıb

“Hackers” (1995) filmində Ancelina Colinin geyindiyi dəri motosiklet gödəkçəsini kim hazırlayıb? Yaxud Timothee Chalametin hərracda aldığı Bob Dilanın yamaqlı cins gödəkçəsi kimindir? Dario Arqentonun “Suspiria” (1977) filmindəki o həndəsi formalı masa haradandır? Lupita Nyongonun mavi kölgəsini haradan tapmaq olar? Bəs Nyu-Yorkdakı Bridges restoranındakı eynəklər?

 

Əgər siz də bir vaxtlar ekranda, fotoda və ya həyatda gördüyünüz bir geyim və ya əşyadan valeh olmusunuzsa, amma onun haradan olduğunu tapa bilməmisinizsə, bizimlə əlaqə saxlayın!

 

T Magazinin yeni “Style Detective” adlı rubrikasında hər ay bir əşyanı araşdırıb nəticələrimizi, həmçinin daha münasib alternativlərini təqdim edəcəyik. Biz ən çətin halları axtarırıq-nə qədər sirli olsa, bir o qədər maraqlıdır!

 

THE NEW YORK TIMES

Banuçiçək Məmmədova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər