00:00:00
Yazar
Elmira Ağayeva
08.05.2026 00:02 24 1 dəq oxuma
Sosial

Təsadüfən zərər vurulan məhsulun pulunu kim ödəməlidir?

Təsadüfən zərər vurulan məhsulun pulunu kim ödəməlidir?


Mağazalarda alış-veriş zamanı vitrində yerləşdirilən məhsullara təsadüfən zərər vurulması tez-tez rast gəlinən hallardandır. Bu kimi vəziyyətlərdə bəzi satıcılar müştəridən dərhal ödəniş tələb etsə də, qanun hər zaman bu tələbi dəstəkləmir.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Vamiq Şükürov bildirib ki, bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir:


“Əsas prinsipə görə, məhsul kassadan keçib alınana qədər onun sahibi mağazadır. Buna görə də məhsul təsadüfən sınarsa, risk ümumiyyətlə mağazanın üzərinə düşür. Bu, Mülki Məcəllənin 152.10-cu maddəsində göstərilib. Əgər mağazada dar keçidlər, qeyri-sabit rəflər və ya təhlükəli düzülüş varsa, hadisənin baş verməsində mağazanın da məsuliyyəti yarana bilər. Məcəllənin 1096.1-ci maddəsinə görə isə şəxs yalnız təqsiri olduqda məsuliyyət daşıyır. Yəni müştəri qəsdən və ya ehtiyatsızlıqla zərər vurmayıbsa, onu ödəniş etməyə məcbur etmək düzgün sayılmır. Əgər hadisə tam təsadüfi olubsa və şərait mağaza tərəfindən riskli yaradılıbsa, məsuliyyət mağazanın üzərində qalır”.

Gövhər Mehyəddinova

#Mağaza #məhsul #sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər