00:00:00
Yazar
Admin User
29.10.2025 14:52 169 1 dəq oxuma
Mədəniyyət

Türk Cümhuriyyətinin Səsi

Türk Cümhuriyyətinin Səsi

29 oktyabr-tarix boyu azadlıq və iradə anlayışının ən uca zirvəsində dayanan bir gündür. Bu gün təkcə bir dövlətin deyil, bir millətin ruhunun yenidən doğulduğu gündür. 1923-cü ilin bu günü Mustafa Kamal Atatürkün öndərliyində “Türkiyə Cümhuriyyəti elan olundu” cümləsi sadəcə bir siyasi qərar deyil-bu, yüz illərlə sınaqlardan keçmiş bir xalqın “biz varıq” nidasi idi.

 

Osmanlı İmperiyasının dağılmasından sonra xalqın üzərinə qaranlıq çöküb. Müharibə, işğal, yoxsulluq… Lakin Atatürk o qaranlığın içində bir işıq yandırıb-xalqın öz taleyinə sahib çıxma işığı. O işıq 29 oktyabrda cümhuriyyət adını alıb və artıq millətin rəhbəri saraydan deyil, xalqın öz iradəsindən doğub.

 

Cümhuriyyət, bir qadının səsini eşidə bilməsi, bir uşağın təhsil alması, bir gəncin öz fikrini sərbəst söyləməsidir. Cümhuriyyət, təkcə idarəetmə forması deyil, düşüncə azadlığı, elmə inam və gələcəyə ümiddir. Türkiyə bu ümidin, bu inamın əsasında yüksəlib. Hər il 29 oktyabrda dalğalanan bayraq, təkcə bir torpağın deyil, bir ruhun rəmzidir.

 

Bu gün də Atatürkün dediyi kimi:

 

“Türk Milləti, Cümhuriyyəti biz qurduq, onu yüksəldəcək və yaşadacaq sizsiniz".

 

Hər yeni nəsil o sözün məsuliyyətini daşıyır. Çünki cümhuriyyət, hər bir vətəndaşın içindəki azadlıq sevgisidir-onu qorumaq, yaşatmaq və gələcəyə daşımaq hər birimizin borcudur.

 

29 oktyabr-sadəcə tarixdə bir gün deyil, millətin yaddaşında bir dönüm nöqtəsidir.

 

Cümhuriyyətin ışıqlı sabahına salam olsun. 

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər