00:00:00
Yazar
Admin User
17.11.2025 19:25 137 2 dəq oxuma
İqtisadiyyat

“Türk Dövlətləri Təşkilatı bir platformadır”

“Türk Dövlətləri Təşkilatı bir platformadır”

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırdığını bildirib. Son illər türk dövlətləri arasında strateji münasibətlərin dərinləşməsi regionun geosiyasi mövqeyini daha da artırıb.


Mövzu ilə bağlı Milli Məclis deputatı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan ilə Mərkəz Asiya dövlətlərlə arasında MSCS-i qoruyuşlarında ciddi artımlar müşahidə olunur:

 

“Bir tərəfdən bu ölkələrlə, əsasən, Mərkəz Asiyada yerləşən 4 ölkə ilə Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq edir. Birgə sərmaye fontları var. Bu fontlar daha çox sərmaye qoyuluşlarının həyata keçirilməsinə və birgə proqramların reallaşmasına gətirib çıxarır. Bu, ölkə iqtisadiyyatları üçün ciddi bir tövfə kimi qiymətləndirməlidir. Ona görə də biz Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin inkişafını müşahidə edirik. Bu özünü təbii ki, ticarət dövrüyəsində də göstərir və Azərbaycan-Özbəkistan, Azərbaycan-Qazaxıstan, Özbəkistan-Türkmənistan arasında ticari dövrüyədə artımlar var. Bu artımların əsas səbəbi ölkələrin daha çox məshul idxal və ixrac etməsi ilə bağlıdır və nəzərə alsaq ki, Mərkəzi Asiyada Azərbaycan məhsullarının tələbi artır. Eyni zamanda Azərbaycan Mərkəzi Asiyadan bir sıra məhsullar idxal edir. Bu da təbii ki, ticarət dövrüyəsinə birbaşa təsir göstərir və ticarət dövrüyəsində artımlarla müşahidə olunur. Bu baxımdan dinamik artımlar var və biz əslində Mərkəzi Asiya dövlətlərinin hər birinə ayrı-ayrılıqda baxsaq, biz dinamik olaraq ticarət dövrüyəsində artımlarla müşahidə edirik. Bu da təbii ki, ticarət dövrüyəsinin genişləndirilməsi baxımından vacibdir”.

 

Deputat həmçinin bildirib ki, Türk Dövlətləri Təşkilatı bir platformadır və platforma çərçivəsində dövlətlər arasında münasibətlərin dərinləşməsi müşahidə olunur:


“Artıq institusionallaşıb bu platforma və institusional olaraq həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətlərinin sərmayə cəlbinə, qarşılıqlı ticarət əlaqələrinə pozitiv təsir göstərir. İnstitusional alətlər var. MESİSA fontlarının yardırılması bu istiqamətdə ciddi şəkildə sərmayə qoruyuşlarının reallaşmasına səbəb olur. Praktik olaraq biz bu istiqamətdə əlaqələrin genişləndirilməsi, türk dövlətləri arasında münasibətlərin daha da dərinləşməsini müşahidə edirik ki, bu da nəticə etibarilə ölkələr arasında münasibətlərin daha da genişlənməsinə xidmət edir”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər