Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğızıstanın mədəniyyət naziri ilə görüşüb
Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti naziri Mirbek Mambetaliyev arasında görüş keçirilib.
“İnformator.az” xəbər verir ki, görüşdə nazir müavini Askaralı Madaminov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nusubalı Yakupbekov da iştirak ediblər.
Görüş zamanı Fondun Qırğız Respublikasının sədrliyi ilə 2026-cı ildə birgə layihələrin həyata keçirilməsi ilə bağlı Nazirliklə əməkdaşlıq məsələləri, eləcə də 1926-cı il Bakı Dünya Türkoloji Qurultayının 100 illiyinin qeyd olunması məqsədilə birgə tədbirlərin təşkili təşəbbüsləri müzakirə edilib.
Fondun prezidenti tərəfdaşlığın daha da gücləndirilməsinə və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bildirib. Nazir isə öz növbəsində əməkdaşlığın genişləndirilməsində və birgə mədəni və humanitar layihələrin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib.
