00:00:00
Yazar
Admin User
17.12.2025 19:14 138 2 dəq oxuma
İqtisadiyyat

Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşı olaraq qalır

Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşı olaraq qalır

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 5,2 milyard dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% azdır.

 

Mövzu ilə bağlı iqtisadçı, Azərbaycan Milli Məclisinin deputatı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır:

 

“Eyni zamanda, bu ilin geridə qalan ayın yekunları göstərir ki, qeyri-neft ixracatı Türkiyə Azərbaycanın Rusiyadan sonrakı əsas tərəfdaşıdır. Ümumi ticarət dövriyyəsində Türkiyə İtaliyadan sonra Azərbaycan ikinci ən böyük tərəfdaşıdır. Ticarət dövriyyəsinin azalması birbaşa enerji məhsullarının qiyməti ilə bağlıdır. Çünki enerji məhsullarının qiyməti bəzi fəaliyyət ticarət dövriyyəsinin təsir göstərir. Nəzərə alsaq ki, neftin qiyməti proqnozdırmadan aşağıdır. Mavi qazın qiyməti gözləniləndən azdır. Bu da təbii ki də ticarət dövriyyəsinə birbaşa təsir göstərir. Xüsusən nəzərə alsaq ki, iki ölkə arasında ticarət dövriyyəsində enerji məhsulları xüsusi paya malikdir. Ona görə enerji məhsullarının qiymətinin dəyişməsi birbaşa ticarət dövriyyəsinə təsir göstərir. Bu baxımdan əslində Türkiyə Azərbaycan arasında qeyri-neft ixracatında xüsusi dəyişikliklər müşahidə edilmir. Daha çox dəyişikliklər enerji məhsullarının dəyərində müşahidə edilməkdədir və enerji məhsullarının qiyməti dəyişməsi birbaşa ümumi iqtisadiyyat dövriyyəsinə təsir göstərir. Yenə də Türkiyə Azərbaycan üçün qeyri-neft ixracatının əsas bazarlardan biridir. Məqsəd ondan ibarətdir ki, növbəti mərhələdə də iki ölkə arasında ticarət dövriyyəsinin xüsusən də qeyri-neft məhsulları genişləndirilməsi, bu baxımdan ümumi ticarət dövriyyəsinin ümumi halda enerji məhsullarının payının azaldılmasına nail olması qeyri-neft ixracatının əməkdaşlığı daha dayanıqlıdır. Praktiki olaraq enerji bazarı ilə birbaşa əlaqəli deyil”.

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər