00:00:00
Yazar
Admin User
26.06.2025 11:05 142 1 dəq oxuma
Dünya

Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır

Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır

Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı aidiyyəti üzrə görüşləri davam etdirir.

 

"İnformator.az" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin keçirildiyi Haaqadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

 

Türkiyə Prezidenti vurğulayıb ki, "F-35" proqramı texniki olduğu qədər siyasi bir prosesdir:

"Biz "F-35"lərdən vaz keçməmişik. Layihəyə qayıdış ilə əlaqədar müzakirələr aparırıq.Türkiyə haqsız yerə proqramdan kənarlaşdırılıb. Müttəfiqlik ruhu ilə uyğun gəlməyən bu addımı həmişə tənqid etmişik. Donald Trampla görüşlərimizdə məsələni müzakirə etdik və texniki səviyyədə danışıqlara başlandı. İnşallah, irəliləyiş əldə edəcəyik".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər