00:00:00
Yazar
Admin User
01.12.2025 19:07 127 1 dəq oxuma
İqtisadiyyat

“Türkiyə hər iki tərəflə balanslı şəkildə əlaqə saxlayan ölkələrdəndir”

“Türkiyə hər iki tərəflə balanslı şəkildə əlaqə saxlayan ölkələrdəndir”

Türkiyə sahillərində "Kairos" və "Virat" tankerlərinə hücumu Ukraynanın hərbi-dəniz pilotsuz aparatları həyata keçirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Ülviyyə Zülfiqar “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə sahilləri yaxınlığında Rusiya tankerlərinin Ukrayna tərəfindən vurulması xəbəri həssas bir vəziyyət yaradır:


“Türkiyə hər iki tərəflə balanslı şəkildə əlaqə saxlayan ölkələrdəndir. Bu hücum müvəqqəti gərginlik yarada bilər. Bununla belə, tərəflər böyük ehtimalla açıq qarşıdurmadan qaçacaq, çünki enerji, ticarət və regional məsələlərdə qarşılıqlı təmaslar yüksəkdir. Türkiyə öz sahil mühafizəsi, dəniz müşahidə sistemləri və kritik infrastrukturun qorunması sahəsində əlavə tədbirlər görməyə də məcbur ola bilər. Düşünürəm ki, Rəsmi Ankara həmçinin Qara dənizdə eskalasiyanın qarşısını almaq üçün diplomatik fəaliyyətini gücləndirə bilər. Regiondakı bu gərginlik NATO daxilində də yeni müzakirələr doğura bilər. Əvvəla, Qara dəniz təhlükəsizliyinin yenidən gündəliyin ön sırasına çıxması gözləniləndir. Bu hadisə NATO ölkələrinə müharibənin dəniz marşrutları üçün artan risklərini bir daha göstərmiş olur. Bəzi ölkələr daha sərt mövqe, digərləri isə daha ehtiyatlı yanaşma tələb edə bilər. Bu isə NATO daxilində Qara dəniz strategiyasının yenidən tənzimlənməsi ehtimalını gücləndirir. Bu hücum regionda təhlükəsizlik mühitinin daha həssas və dəyişkən olduğunu göstərir. Hadisə həm də NATO daxilində yeni istiqamətli müzakirələrə yol aça bilər deyə düşünürəm”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər