Türkiyə Hərbi Dəniz Qüvvələri NATO missiyalarına başlayır
Türkiyə Hərbi Dəniz Qüvvələri NATO çərçivəsində yeni missiyalara start verir.
Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, Türkiyə 1 iyul 2025-30 iyun 2026 tarixlərində NATO-nun Amfibiya Tapşırıq Qüvvələri və Desant Qüvvələri Komandanlığını icra edəcək. Bu çərçivədə TCG Anadolu başda olmaqla bir sıra hərbi gəmilər 20 yanvar-23 aprel 2026 tarixlərində Aralıq, Baltik, Şimal və Adriatik dənizlərində keçiriləcək beynəlxalq NATO təlimlərində iştirak edəcək və alyansın dəniz əməliyyatlarına dəstək verəcək.
TRT Haber
Aişə Mustafayeva
