Türkiyə meksikalı Proteonun xatirəsinə bunu etdi
Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən sonra dağıntılar altında qalanların axtarış-xilasetmə işlərinə qatılan Meksikalı komandanın iti Proteo dünyasını dəyişib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən sonra onlarla ölkə zərər çəkmiş bölgələrə axtarış-xilasetmə qrupları göndərib.
Meksika Müdafiə Nazirliyinə bağlı xilasetmə qrupu özü ilə axtarış-xilasetmə itləri də gətirib. Bu itlərdən biri Proteo axtarış-xilasetmə işləri zamanı dünyasını dəyişib.
Türkiyə Proteonun xatirəsinə alman çoban balasını Meksikaya göndərib. Puppinin Meksikaya çatdığı bildirilir.
