“Türkiyə qardaş türk dövlətləri vasitəsilə qaz nəqlini həyata keçirə bilər”
Türkiyə beynəlxalq qaz habının yaradılması istiqamətində doğru yolda irəliləyir. Bu barədə ökənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, Türkiyənin qaz ixracı mərkəzinə çevrilməsi, həm Türkiyənin, həm də Avropanın qaz təchizatına müsbət təsir edəcəkdir:
"Türkiyə qardaş türk dövlətləri vasitəsilə qaz nəqlini həyata keçirə bilər və sonra Avropa ölkələrinə nəql edə bilər. Bu, bir tərəfdən Türkiyə iqtisadiyyatına gəlirləri artıracaqdır, digər tərəfdən isə Avropanın qaz təchizatını Rusiyadan azaldacaq və Avropa qaz təchizatını sabitləşdirəcəkdir. Eyni zamanda, qaz ixrac edən türk dövlətləri üçün də bu marşrut böyük imkanlar yaradır. Azərbaycan, Qazaxıstan, Türkmənistan kimi ölkələr Türkiyə üzərindən Avropa bazarına çıxış əldə etməklə öz ixrac potensiallarını gücləndirəcək, büdcə gəlirlərinin artırmasına müsbət təsir göstərəcəkdir".
Günel Əlili
